"Taliban" mənim qardaşımdır" - Əfqanıstanın keçmiş prezidenti
"Taliban" mənim qardaşımdır" - Əfqanıstanın keçmiş prezidenti
2004-2014-cü illərdə Əfqanıstanın prezidenti olmuş Həmid Kərzai BBC-yə müsahibə verib.
Xəbər verilir ki, Kərzai müsahibəsində “Taliban”ı “qardaşları” olaraq xarakterizə edib. Həmçinin də, Kərzai ölkənin yeni hökmdarları ilə məhsuldar görüşlər keçirdiyini və ölkənin üzləşdiyi problemləri müzakirə etdiyini bildirib:
“”Taliban” üzvləri və bütün əfqan xalqı mənim ailəmdir. Beynəlxalq ictimaiyyəti, xüsusilə ABŞ-ı “Taliban”a dəstək verməyə çağırıram”.
“Taliban” hakimiyyəti ölkəni ələ keçirdikdən sonra Əfqanıstanı tərk etməyən keçmiş prezidenti “Taliban”ı “qardaşlarım” adlandıracağını ifadə edib:
“Bu, bizim ölkəmizdir… gəlin birlikdə quraq; Gəlin birlikdə işləyək… Onlarla (Taliban) danışıqlarım oldu, bir çox məsələlərdə çox yaxşı keçdi. Onlar mənim qardaşlarımdır”.
Aftafa.tv